Lenin arvadının rəfiqəsi ilə sevgili imiş

Öz dövrünün ən tanınmış və böyük insanı hesab edilən, inqilab rəhbəri Vladimir İliç Lenin əxlaq mücəssiməsi kimi təqdim olunsa da, ömrünü məhəbbət üçbucağında keçirib.
Ömür yoldaşı Nadejda Krupskayaya sonsuz sədaqəti ilə tarixlərə düşmüş liderin əslində həyatında başqa bir qadın da olub - Nadejdanın yaxın rəfiqəsi, inqilabçı İnessa Armand.
Nadejda Lenin üçün çox əlverili qadın idi. O, həm evinin xanımı, həm də ərinin ideologiya yoldaşı, katibi, redaktoru, sadiq həmkarı rolunu oynayırdı. Üstəlik yumşaq xarakteri var idi.
Lakin bir neçə il evlilikdən sonra Krupskaya möhkəm xəstələnir. Bu xəstəlik onun zahiri görünüşünə və xarakterinə təsirsiz ötüşümür.
O, solğun, əsəbi bir qadına çevrilir, bu onların ailə münasibətlərini silkələyir. Həmin ərəfədə Lenin İnessaya aşiq olur və üçü birlikdə yaşamağa başlayırlar. Nadejda çıxıb getmək istəsə də, Lenin bütün gizli yazışmalarını aparmış, sirrini bilən xanımından qalmasını rica edir və Nadejda bu məhəbbət üçbucağına göz yumur. Vəfalı Nadya bütün ömrünü ərinə həsr edir və onun əsərlərində Leninin şəxsi həyatı, sevgilisi barədə bir sətir belə yer almır.
Bu məhəbbət üçbucağı İnessanın ölümünə qədər davam edib. (lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












