Loqo dəyişdirən avtomobil markaları - FOTO

Yeni dövrə yeni sima ilə keçmək istəyən bəzi avtomobil markaları loqolarında dəyişiklik edib. Avtosfer.az sizə bu avtomobillər barəsində məlumatı təqdim edir. Bu siyahının başında dəyişikliyi yenica həyata keçirən rumıniyalı ekonom avtomobil istehsalçısı «Dacia» dayanır. Əvvəllər daha sadə görünən «Dacia» loqosu Bigster konseptindən sonra daha güclü görünüş alıb. Şirkət bu addımı bazarda alıcılğı artırmaqçün atıb.
Cənubi Koreyalı avtomobil istehsalçısı «Kia» da imic dəyişikliyi edir. Ekonom və dözümlü avtomobil fikirlərini arxa plana keçirib, lakin bu xusisiyyətlərindən də imtina etməyən «Kia» yavaş-yavaş prestijli bir markaya çevrilməyə çalışır. Elə bu səbəbdən sadə şəkildə yazılan köhnə «Kia» loqosu öz yerini daha dinamik və böyük hərflərə yazılan yeni loqoya buraxıb.

Son illərdə bir sıra şirkətlər raqamsal dünya ilə ayaqlaşmaq üçün iki ölçülü dizaynlara keçməyə başlayıb. «BMW» də onlardan biridir. Alman istehsalçısı, tayyarə pəri və Bavariya bayrağından ibarət loqosundakı rənglərdən və dərinlikdən imtina edərək müştərilərə daha yaxşı bir versiya təqdim etməyi planlayır. Hələ ki, bu logo sadaca vebsayt üçün tərtib olunub. Yeni «BMW»lər yenə də ənənəvi loqo ilə satışa buraxılacaq.

Bu fikrə düşən digər bir marka da «Volkswagen» oldu. Üstəlik bu marka yeni loqoları avtomobillərinin üzərinə də əlavə etdi. Loqotipin ümumi forması olduğu kimi qalsa da, rəng istifadəsi isa tamamilə tərs çevrildi.

2D tipli logo dəbi yalnız Avropa ilə məhdudlaşmır. Yaponiyanının Nissan modelləri də hazırda ciddi bir yenilənmə aməliyyatı keçirir. Artıq istehsalı başlayan Ariya konsepti ilə ilk dəfə meydana çıxan yenilənmiş «Nissan» loqosunda marka adı olan lövhə ixtisar edilib, daira isa markanın adı ilə ikiyə ayrılıb.

Bu sıraya «Renault» da qatılıb, əlbəttə ki, yenə də 3D və ya 2D tipli loqoya keçmək məqsədilə. Köhnə «Renault» modellərində gördüyümüz loqoya bənzər bir dizayna keçməyə hazırlaşan fransız istehsalçının 2022-ci ildən sonrakı istehsal modellərinin yeni loqotipi daşıyacağı deyilir.

Daha bir fransız markası olan «Peugeot» da loqosunu dəyişənlərdəndir. PSA Group'unun asas markasının keçdiyi transformasiyanı açıq şəkildə nümayiş etdirdi. Yeni loqo biraz «Proton» loqosuna bənzəsə də «Peugeot» hamidan farqli olaraq 3D-də qaldı və simvolu olan Aslanı daha da aydınlaşdırdı.

Aysel
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA










