Makronun Fransasında yəhudi olmaq asanmı? - FOTO

Antisemitizmin bir fenomen kimi mövcud olmadığı Azərbaycanın vətəndaşı üçün bəlkə də inandırıcı olmaya bilər. Amma müasir Fransa da (V Respublika) yəhudilərə münasibət baxımından faşizmin əlaltısı olan Vişi rejiminin təsirindən tam çıxa bilməyib. Bu gün də kimsə yəhudi olduğu üçün hədələnir, sinaqoq və qəbirlər təhqir olunur, dağıdılır.
Bir Azərbaycan vətəndaşının buna təəccüblənməsi tam normaldır. Axı vətənimizdə digər din daşıyıcılarının ibadət yerlərinə və ya məzarlarına yetərincə hörmət edilir. Heç kim Bakının mərkəzindəki sinaqoqa pis niyyətlə baxmır. Yaxud Qubadakı Dağ Yəhudiləri Muzeyinin bağlanmasını tələb etmək kiminsə ağlının ucundan belə keçmir. Lakin hər yer eyni deyil.
Yəhudi İcmasını Mühafizə Xidmətinin statistikası Makron Fransasında yəhudi kimi yaşamağın heç də asan olmadığını göstərir. Təşkilatın statistikası real faktlara və rəsmi mənbələrə əsaslanır. Qurumun hesabatında göstərilir ki, 2021-ci ildə Fransada 589 antisemit akt qeydə alınıb ki, bu da illik əsasda 75% artım deməkdir. Fiziki zorakılıqlar isə il ərzində 36% artıb.
Zorakılıq aktlarının 25%-i şəxsi sferada, yəni yəhudilərin qonşuları və ya eyni məhəllədə yaşayanlar tərəfindən həyata keçirilib. Zorakılıqların 20%-i silahla törədilib.
Ümumilikdə 2000-ci ildən etibarən Fransada hər il orta hesabla 600 antisemit akt qeydə alınır.
Belə faktlar N qədər olsa da, uzun-uzadı statistika ilə uzunçuluğa lüzum yoxdur. Bu və bizim bilmədiyimiz çox sayda antisemitizm faktının olduğu ölkənin siyasi dairələrini görəsən nə üçün Azərbaycandakı erməni-xristian irsi narahat edir? Tirli gözlərin bizim gözünmüsdə çöp axtarmasıma matağı nədir?
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














