Marsda göl tapıldı - FOTO

Marsda “Jezero krateri” adlı hövzədə göl tapılıb.
Bu barədə ABŞ Aeronavtika və Kosmik Agentliyindən (NASA) açıqlama verilib.
Bildirilib ki, Mars orbitində və səthində araşdırma aparan “Perseverance” roveri Marsda bu gölün mövcudluğunu təsdiq edən məlumatlar toplayıb.
NASA-nın internet saytında yer alan xəbərə görə, robot-roverin tapıntıları elm adamlarının Marsın bəzi hissələrinin bir zamanlar su ilə örtüldüyü və mikrobioloji həyatın ola biləcəyinə dair yanaşmalarını təsdiqləyir.
Qırmızı planetdəki 60-dan çox bölgəni diqqətlə araşdıran missiya komandasının və dünyanın dörd yanından alimlərin tövsiyələri əsasında NASA 49 kilometr ölçüsündə olan və çox sayda deltaları olan “Jezero” kraterini “Perseverance”in eniş nöqtəsi kimi təyin edib. “Jezero” beş illik geniş araşdırmadan sonra seçilib.
Alimlər illərdir bölgənin uzaq keçmişdə su ilə dolu olduğunu və orada qədim çayın olduğunu bildirirlər.
“Perseverance”ın məlumatları göstərir ki, 3,5 milyard ildən çox əvvəl çay kanalları krater divarından aşaraq göl əmələ gətirib.
Alimlər bölgənin necə formalaşdığını və inkişaf etdiyini araşdıracaq, keçmiş həyatın izlərini aşkar etmək üçün Marsdan qaya və torpaq nümunələri toplayacaq.
“Jezero” kraterinin eni 45 kilometrdir və Mars ekvatorunun şimalında “İsidis Planitia” adlı yastı düzənliyin qərbində yerləşir. (oxu.az)
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF












