Marsda ilk selfi çəkildi - FOTO

ABŞ-ın bir qədər əvvəl Marsın səthinə uğurla enən planetlərarası “Mars İnsight” stansiyası planetin səthində ilk dəfə selfi edərək fotoları Yerə göndərib. Avtosfer.az xəbər verir ki, bu barədə NASA informasiya yayıb. Fotoda Marsın səthinə enən aparatın günəş panelləri və korpusu, həmçinin araşdırma zamanı istifadə olunan bir sıra alətlər müşahidə olunur. Sözügedən foto 52 hissədən ibarət olub. Bu cür ətraflı foto alimlərə “Mars İnsight” aparatının alətlərini düzgün yerləşdirmək imkanı yaradıb. Belə ki, mütəxəssislər alətlər quraşdırılan bölgədə 1.3 santimetrdən böyük daşların olmamasını istəyir. Çünki eniş zamanı NASA-nın Mars komandası daşların az olması səbəbindən xüsusən Elizium bölgəsini seçib. Aparat ətraf mühitin fotolarını göndərdikdən sonra alimlər eniş nöqtəsinin gözləniləndən daha artıq tələblərə cavab verdiyinin şahidi olub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












