Masallıda it 3 nəfərə hücum etdi, ölən var

Masallı rayonu Viləş kəndinin ərazisindəki örüş sahəsində həmin kəndin sakini Ceyhun Fərəcov kənd sakinlərindən birinə məxsus itin hücumuna məruz qalıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd edilib ki, ilkin məlumata görə, itin C.Fərəcovun bədəninin müxtəlif nahiyələrindən dişləməsi nəticəsində həmin şəxs ölüb.
“İt həmin vaxt orada olan Elməddin Məmmədov və Musa Kasımovu da bədəninin müxtəlif nahiyələrindən dişləyib. Həmin şəxslər Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. C.Fərəcovun ilkin ehtimala görə, it dişləməsindən ölməsi, digər iki şəxsin isə it dişləməsi diaqnozu ilə xəstəxanaya daxil olması ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir. (apa)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












