Maşın almaq istəyənlərə ŞAD XƏBƏR: Bu avtomobillər üçün gömrük rüsumu TƏLƏB OLUNMUR

Son 1.5 ildə Azərbaycanda hibrid və elektromobillərin kreditləşməsi say olaraq 700% artıb.
2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, bu il iyunun 30-u tarixində müvafiq göstərici 59.9% təşkil edib.
Nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu sahədə kəskin artımın olması hər bir halda müsbətdir.
“Azərbaycanda elektrik avtomobillərə, xüsusən də, hibrid avtomobillərə maraq olduqca artıb. Çünki yanacağın qiyməti bahalaşdıqca insanlar daha ekonom avtomobillərə keçid etməyi qərarlaşdırıblar. Dövlətin də bu istiqamətdə böyük güzəştləri mövcuddur. Bu avtomobillər gömrük rüsumlarından azad olunduğu üçün qiymətlər də müəyyən qədər əlçatandır. Xüsusən Çin istehsalı olan elektrik və hibrid avtomobillər bazarda daha geniş satılmağa başlayıb, insanların da bunlara marağı daha yüksəkdir”.
Ekspert bildirib ki, elektrik avtomobillərin alınması müasir və təhlükəsiz avtomobillərin alınması deməkdir. Nəticədə də Azərbaycanın avtomobil parkı yenilənir.
(referans)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












