Maşında vacib olan 5 ƏŞYA

Adətən avtomobilin saxlanc bölməsində lazımsız əşyalar qoyulur.
Burada çalışıb lazımlı əşyaları saxlamaq gərəkdir. Məsələn, bura sənədləri saxlamaq üçün ən yaxşı alternativdir. Çünki yollardakı vəziyyət gözlənilməz ola bilər. Buna görə avtomobilə aid texniki sənədləri “əldə” saxlamaq daha yaxşıdır.
Saxlanc bölməsinə qoyulması lazım olan əşyalardan biri də fənərdir. Çünki avtomobildə hər an nasazlığın baş verə biləcəyi ehtimalı var. Bu nasazlıq axşam saatlarında da ola bilər. Qaranlıqda avtomobilin detallarını yoxlamaq üçün əl fənəri vacibdir.
Burada ehtiyat günəş eynəyi də olmalıdır. Əsasən də yay aylarında avtomobil sürərkən günəş eynəyindən istifadə mütləqdir.
Əlavə olaraq avtomobilin saxlanc bölməsində nəm salfetlər saxlamağınız məsləhətdir. Harasa gedərkən əllərinizi silmək və avtomobildə toz yığınına qarşı bu salfetlər əhəmiyyət daşıyır.
Avtomobildə saxlamalı olduğunuz başqa bir əşya isə telefon adapteridir. Vacib anlarda smartfonların şarjının bitməsinə qarşı olaraq avtomobilin saxlanc bölməsində adapter daşımaq lazımdır. (lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












