Maşını açıq pəncərə ilə sürmək – Xərçəngə səbəb ola bilər

Açıq pəncərə ilə avtomobil sürmək ürək xəstəliyinə və xərçəngə səbəb olur. Çünki belə halda sürücülər müntəzəm olaraq, havadakı işlənmiş tüstülərə məruz qalır, bu da bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Açıq pəncərəsi olan bir avtomobildə uzun səyahət problemləri daha da artırır.
Avtosfer.az "Medicina"ya istinadən xəbər verir ki, onkoloq Anastasiya Kosyakovanın sözlərinə görə, insanlar tıxaclarda zəhərli işlənmiş qazları udurlar. Yayda sürücülər hava ilə birlikdə dəm qazı, karbohidrogen, aldehid, kükürd dioksidi, his, benzopireni udduğu üçün bədəndə toplanan bu maddələr ciddi xəstəliklərə səbəb ola bilər.
"İşlənmiş qazların mənfi təsirindən nəfəs darlığı, başgicəllənmə, ürək-damar sistemində pozğunluqlar yarana bilər. O cümlədən, sürücülər tromboz, ateroskleroz, miokard infarktı kimi təhlükəli hadisələrdən əziyyət çəkirlər.
Nevroloji pozğunluqların inkişafı da mümkündür - artan əsəbilik və qıcıqlanma, yuxusuzluq.
Ən ağır nəticə isə xərçəngin əmələ gəlməsidir.
Sükan arxasında oturan şəxslər nəqliyyatın aktiv olduğu yolda olarkən şüşələri bağlı saxlamalıdır. Onların qidasında daha çox detoksifikatorlar: tərəvəzlər, meyvələr, giləmeyvə, yaşıl çay və su olmalıdır".
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












