Maşını harada park elədiyini unutdu, 2 il sonra tapıldı - BAQAJDAN 40 MİN PUL ÇIXDI - VİDEO

Almaniyada olduqca qəribə və nadir rast gəlinən hadisə yaşanıb.
Avtosfer.az xəbər verir ki, 33 yaşlı kişi 2 il əvvəl park etdiyi avtomobilini tapa bilmədiyi üçün itmiş hesab edib. Nəticədə, o, bu müddət ərzində nəqliyyat vasitəsinin yerini unutduğu üçün axtarışlar da nəticəsiz qalıb.
Hadisə Münhen şəhərində baş verib. Şəxsin sözlərinə görə, avtomobilini park etdiyi yeri xatırlaya bilmədiyindən müxtəlif ərazilərdə axtarsa da onu tapa bilməyib. Maraqlıdır ki, 2 il sonra avtomobil tamamilə təsadüfi şəkildə, onun park etdiyi yerdən 4 kilometr uzaqlıqda aşkarlanıb.
Ən təəccüblüsü isə avtomobilin içindən 40 min avro pul və ümumi dəyəri 50 min avro olan müxtəlif əşyaların tapılması olub.
Avtomobilin saxlanıldığı ərazi uzun müddət tikinti səbəbilə bağlı olub. Məhz bu səbəbdən nəqliyyat vasitəsi heç kim tərəfindən fərq edilməyib.
Eltac Zülfüqaroğlu
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












