Maşını sürməsəniz də, illik 8 mindən çox xərc çəkə bilərsiz - ARAŞDIRMA

Atomobil sahibi olmaq çox vaxt rahatlıq və azadlıq kimi qiymətləndirilsə də son araşdırmalar bunun ciddi maliyyə yükü olduğunu göstərir.
Avtosfer.az xəbər verir ki, “Carwow” tərəfindən aparılan qiymətləndirməyə əsasən, bir avtomobil istifadə olunmasa belə, illik xərcləri kifayət qədər yüksək olur. Belə ki, nəqliyyat vasitəsi sadəcə park vəziyyətində qalsa belə, amortizasiya və sabit xərclər səbəbindən ildə orta hesabla 4 401 avro (təxminən 8 100 manat) xərc yaradır.
Araşdırmada qeyd olunur ki, xərclərin əsas hissəsini sürücülərin çox vaxt nəzərə almadığı amortizasiya təşkil edir. Orta hesabla bir avtomobil istifadə edilməsə belə, ildə təxminən 3 425 avro (təxminən 6 300 manat) dəyər itirir. Bunun üzərinə sığorta (369 avro), texniki xidmət (250 avro) və nəqliyyat vasitəsi vergisi (102 avro) əlavə edildikdə, avtomobilin faktiki istifadə olunmaması belə xərclərin qarşısını almır.
Məlumata görə, bəzi brendlər dəyər itkisindən daha az təsirlənir. “Audi” və “BMW” modellərində illik dəyər itkisi təxminən 6,5 faiz təşkil edir, “Mercedes-Benz” isə 7,4 faiz azalma göstərir. Digər tərəfdən, “Fiat” (10,9%), “Nissan” (10,7%), həmçinin “Volkswagen” və “Ford” (10,3%) daha sürətli dəyər itirən markalar sırasındadır.
Sorğular göstərir ki, ev təsərrüfatlarının 37 faizi nadir hallarda istifadə etdiyi avtomobilə sahibdir. Bir çoxları bu nəqliyyat vasitəsini “ehtiyat variant” kimi qiymətləndirsə də, əslində onun saxlanması hər il ciddi xərc tələb edir.
Məlumatlara əsasən, avtomobillər gün ərzində orta hesabla 23 saat park vəziyyətində olur. Bu isə o deməkdir ki, xərclərin böyük hissəsi hərəkət zamanı deyil, məhz istifadə olunmadığı dövrdə yaranır.
Mütəxəssislər sürücülərə avtomobil seçimində emosional deyil, daha çox iqtisadi yanaşma sərgiləməyi tövsiyə edirlər. Bildirilir ki, əgər illik yürüş 14 min kilometrdən azdırsa, avtomobil sahibi olmaq əvəzinə avtomobil paylaşımı xidmətlərindən istifadə etmək daha sərfəli ola bilər və bu, ildə minlərlə manat qənaət etməyə imkan yaradar.
Eyni zamanda qeyd olunur ki, avtomobil satışı zamanı da düzgün vaxt seçimi vacibdir. Məsələn, kabriolet modellər yaz aylarında, SUV və tam ötürücülü avtomobillər isə qış mövsümündən əvvəl daha sərfəli qiymətə satılır.
Araşdırma göstərir ki, xüsusilə istifadə olunmayan ikinci avtomobil sahibləri üçün bu nəqliyyat vasitəsi hər il əlavə maliyyə yükünə çevrilir.
Eltac Zülfüqaroğlu
Rusiya Çindən gələn yatırımlardan asılı vəziyyətdədir - POLİTOLOQ
Elektromobil sahibləri qışda bu problemlərlə üzləşir - ARAŞDIRMA
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA












