Milyarderlər dünyanın sonuna hazırlaşırlar - Onlar nəsə bilirlər?

Həqiqətən Kaliforniyanın Silikon vadisinin milyarderləri apokalipsissə hazırlaşırlar. Həqiqətən bu insanlar cəmyiiyyətin çöküşünə hazırlaşırlar. Onlar bombadan mühafizə yerləri alır və atom bombasının təsirindən uzaq qala biləcək məkanlar yaradırlar. Hətta belə bir şayiələr gəzir ki, Bill Qeytsin həm Kaliforniyadakı, həm də Vaşinqtondakı evlərinin altında belə bir sığınacaq var. "Mayfield Fund" şirkətinin rəhbəri Tim Çan az müddət öncə Nyu York jurnalının müxbirinə gizlənə biləcəyi daşınmaz əmlakları satın aldığını açıqlamışdı.

Reddit şirkətinin rəhbəri Stif Xaffman bildirib ki, gözlərində lazer əməliyyatı etdirəcək. O bildirib ki, əgər dünyanın axırı çatsa heç bir lazer müdaxiləsi tapılmayacaq.
Əslində nə baş verir? Bəlkə də bu cavab "Facebook"un keçmiş əməkdaşı Antonio Qarsia Markesin fəaliyyətində gizlidir. Bu adam keçən il ABŞ seçkiləri ərəfəsində Sietlla Venkur arasına 5 akr torpaq alıb. İlk öncə özünə bombadan mühafizə sığınacaqları düzəldib. Günəş batareyaları quraşdırıb.

Etdiyi işlər haqqında Martines belə açıqlama verib: "Bütün şüurlu insanla bilir ki, iqtisadiyyatda və texnoligiyadakı bu nəhəng dəyişikliklər sonu gətirəcəkdir. Biz sadəcə olaraq bunun fərqinə varanlarıq."
Milyarderlər üçün ABŞ-da xüsusi sığınacaq-bunkerləri "Survival Condo" adlı şirkət tikir. Bu şirkətin rəhbəri bildirib ki, 4 milyon dollara başa gələn bu bunkerlərdə bütün şərait qurulur: hovuzdan tutmuş kin0teatrına qədər.

Miyarderlər belə hesab edir ki, xüsusilə sosial şəbəkələr anarxizmin daha da şiddətlənməsinə gətirib çıxaracaq. Son illər ABŞ-da kasıblarla varlılar arasında uçurumun getdikcə dərinləşməsi də ikinciləri ehtiyat tədbirləri görməyə vadar edir.
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO










