Mineral sulan niyə yaşıl butulkalarda istehsal olunur? - Maraqlı 3 səbəb

Mineral su şüşələrinin hamısında ortaq bir xüsusiyyət var. Onların əksəriyyəti yaşıl rəngdə dizayn edilib. Yenisabah.az xəbər verir ki, bunun 3 səbəbi var. Bunlara istehsal xərclərinin azaldılması və içkilərin daha uzun müddət saxlanmasını təmin edilməsi kimi amillər daxildir.
Yaşıl rəngli şüşə qəhvəyi və mavi kimi digər şüşə rənglərindən daha ucuz və asan istehsal olunur. Çünki yaşıl şüşə, adətən, təkrar emal olunmuş şüşədən hazırlanır. Bu, xərcləri azaltmaqla yanaşı, istehsalı asanlaşdırır və prosesi sürətləndirir.
Yaşıl rəng təbiilik və təravətlə əlaqəlidir. Bu da yaşıl rəngli şüşələrin məhsulun istehlakçı üçün daha cəlbedici olmasına kömək edir.
Günəşdən gələn ultrabənövşəyi şüalar şüşə üzərində əks olunduqdan sonra içindəkilərin dadını və ya qoxusunu poza bilər. Lakin yaşıl rəng günəş işığından yaxşı qorunma təmin edir. Beləliklə, şüşələrin yaşıl rəngdə dizayn edilməsi, günəş işığından gələn UV şüalarına məruz qalmağı azaltmaqla məhsulun xarab olmasının və keyfiyyətinin itməsinin qarşısını alır. Təbii ki, bu həm də məhsulun saxlama müddətini uzadır.
Qeyd edək ki, yaşıl butulkalar daha az enerji istifadə edərək istehsal olunur, beləliklə də istehsal prosesi zamanı daha az karbon emissiyası olur. Həmçinin bu uzunömürlü yaşıl şüşələr təbiətdə daha az tullantıya səbəb olur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












