Misirdə Xeops ehramı necə tikilib? - Qədim papirus tapıldı

Bir neçə əsrdir ki, Xeops ehramının necə inşa edildiyi barədə mübahisələr elm aləmində səngimək bilmir. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, arxeoloqlar bu yaxınlarda qədim papirus tapıblar. Papirusda misirlilərin iki tonluq daşları və qraniti 800 km uzaqlıqdan necə gətirdikləri təsvir edilib. Tikinti üçün qranitin Gizadan 800 km uzaqda yerləşən Asuanedən gətirildiyini alimlər çoxdan bilirlər. Daşlar isə Turdan gətirilib. Amma bu günə qədər də alimlər nəqliyyat məsələsində yekdil fikrə gələ bilməyiblər.
Qədim sənədə əsasən, xüsusi işçilər 170 min ton daşı bir-biri ilə kəndir vasitəsilə bağlanan qayıqlarla Nil çayından, sonra isə xüsusi kanallardan keçiriblər. Piramida inşa edilən yerin yaxınlığındakı daxili liman son nöqtə imiş.
Papirus Vadi əl-Carf dəniz limanında aşkar edilib. Texnologiya barədə papirusda 40 nəfərlik işçi qrupuna rəhbərlik edən Merer məlumat verib. Bu günə qədər bu sənəd piramida inşası barədə birinci əldən məlumat verən yeganə sənəddir.
Merer qeyd edir ki, onun komandası dambalar açır, Nildən suyu süni kanallara axmasını təmin edib.



3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












