Mobil telefonlar haqqımızda nələr bilir?
Android, iOS, Windows əməliyyat sistemində çalışmasından asılı olmayaraq, bütün mobil cihazlar bir sıra istifadəçi məlumatlarını özündə saxlayır. Bu datalar əksər hallarda kiber cinayətkarlar üçün xammal rolunu oynayır.
"Cyber crimi watch" hansı mobil cihazlarda nə kimi məlumatların saxlanılması barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, iOS, Android, Windows əməliyyat sistemindən asılı olaraq, bu datalara müxtəlif sosial media platformalarının şifrələri, kredit kart məlumatları, silinmiş fayllar, kontaktlar, zəng qeydləri və s. daxildir.
Məlumata görə, bütün əməliyyat sistemlərində şifrələr veb brauzerdə, fayl sisteminin yaddaşında saxlanılır.
Kredit kart məlumatları veb brauzerdə, yüklənən kredit kartı çıxarışlarında qalır.
Silinmiş fayllar saxlanc yeri dolana qədər bərpa oluna bilir.
Kontaktlar Windows əməliyyat sistemində kontaktda, iOS-da ünvan kitabçası, android və smartfonlarda isə kontakt menecerdə saxlanılır.
İstifadəçinin hazırda olduğu məkan daim Android və smartfonlarda GPS tərəfindən oxunur. Son məkan isə naviqasiya tətbiqlərində yaddaşda olur.
Son daxil olduğunuz veb saytlar bütün əməliyyat sistemlərində brauzerin keş yaddaşında, tarixçəsində qalır.
Ad və ünvan iOS və Windows-da veb brauzer, Windows-da Windows kontakt, Android və smartfonda isə kontakt menecerdə qorunur.
Telefon zəngləri smartfonlarda zəng qeydlərində, mesaj mətnləri isə mesaj qeydlərində saxlanır.
Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF










