Modern avtomobillərdə mühərrik qızdırılmalıdırmı?

Avtomobil dünyası inkişafa davam edir. Bu inkişaf yolunda bir çox yeniliklərlə yanaşı əvvələrdən qalan təcrübələrdə də dəyişiklik qeydə alınır.
Avtosfer.az xəbər verir ki, sürücülər arasında keçmişdən qalan "adət"lərdən biri də xüsusilə soyuq havalarda avtomobilin mühərriki yerində 4-5 dəqiqə qızdırılnalıdır. Modern avtomobillərdəki inkişaf etmiş sistemlər artq bu “adət”i çoxdan geridə qoyub. Qışda avtomobillərin mühərrikini qızdırmaq təcrübəsi köhnə texnologiyalarda - karbüratörlu mühərriklərindən qalan vərdişdir. Müasir avtomobillər soyuq havanın təsirini kompensasiya etmək üçün mühərrikdə alovlanan yanacaq - hava qarışığına daha çox yanacaq vuran sensorlar ilə təchiz edilib. Mühərrikin boş vəziyyətdə uzun müddət işlədilməsi mühərrik hissələrinin ömrünün qısalmasına səbəb olur.
Bəs mühərrik nə qədər isinməlidir?
Avtomobil markaları təhlükəsizlik kəmərini taxana qədər keçən vaxtın bəs etdiyini bildirir. Dizel yanacaqlı köhnə avtomobillərdə bu zaman 30 saniyə, yeni avtomobillərdə 6-8 saniyədir. Elektrikli və hibrid avtomobillərini 5-10 dəqiqə isitmək lazımdır ki, avtomobilin enerjisi daha çox getsin.
Məhəbbət Tərlanoğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












