Moskva küçələrində seyrəlmə: Tənəzzül, yoxsa irəliləyiş?

Moskva Şəhər Nəqliyyat Departamenti (Deptrans) Rusiya paytaxtında şəxsi avtomobildən istifadənin azaldığını bildirir. Lakin bu azalma Qərbin sanksiyaları ilə izah edilməməlidir.
Qurum bildirir ki, 2013-cü ildə Moskvada gündəlik yola çıxan avtomobillərin sayı 4%, yaxud 130 min ədəd azalıb. Hazırda şimal qonşumuzun paytaxtında sutkada 2,84 milyon avtomobil hərəkət edir. Halbuki 2019-cu ildə sutkalıq trafik 3,1 milyona yaxın idi. Gələn il şəxsi avtomobildən istifadənin daha da azalacağı gözlənilir.
Deptrans bu vəziyyəti şəxsi avtomobillərin say azalması və ya maddi çətinliklərlə deyil, ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşması ilə izah edir. Yeni metro stansiyası açılan rayonlarda ictimai nəqliyyata yönələnlərin sayuı artır.
Qeyd edək ki, Moskvada sərnişindaşımada əsas yük metronun üzərindədir. 263 stansiyası olan metropoliten hər il genişlənir. Pik saatlarında qatarlar arasında interval 90 saniyəyə endirilir ki, bu da başqa heç bir nəqliyyat sistemində mövcud deyil. Əhali tıxaclarda gözləməmək üçün çox vaxt şəxsi avtomobili deyil, yeraltı nəqliyyatı seçir.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
















