Reklam

Müasir qatarı “gör qaqan neyləyəcək” düşüncəli maşinist idarə edərsə.. - FOTO - VİDEO

Maraqlı 10 İyun 2024 17:00 Oxunub 406
Müasir qatarı “gör qaqan neyləyəcək” düşüncəli maşinist idarə edərsə.. - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

24 iyul 2013-cü il. Bu tarixdə İspaniyada baş verən yüksək sürətli qatar qəzası barədə Azərbaycan mediası da vaxtilə məlumat vermişdi. Bu tək İspaniya deyil, ümumiyyətlə Avropa dəmir yolları tarixində ən ağır qəzalardan idi. İspaniyada isə İkinci dünya müharibəsindən sonra ən ağır qatar qəzası hesab olunur.

Avtosfer.az xəbər verir ki, tarixə Santyaqo de Kompostella qəzası kimi düşən hadisə 79 nəfərin ölümü, 140 nəfərin xəsarət alması ilə nəticələndi. 
İspan mənbələrinə görə qatar 80 km/saat sürət limiti olan döngədə 200 km/saat sürətlə hərəkət edirmiş. Sözügedən ərazidə həm də aşağı sürətli qatarlar hərəkət etdiyi eçün Avropa Qatar Nəzarəti Sistemi (ESTC) quraşdırılmayıb. Avropa normalarına görə bu sistem 200 km/saat sürətdən yuxarı yollar üçün vacibdir. Sözügedən ərazidə köhnə ispan sistemi ASFA quraşdırılmışdı ki, bu da yüksək sürət zamanı yalnız xəbərdarlıq edirdi, qatarı tormozlamırdı.
Qatarı idarə edən əsas maşinistin 30 ildən çox stajı vardı. O, hadisədən bir neçə gün əvvəl Feysbukda 200 km/saat sürətlə hərəkət edən qatarın fotosunu qoyaraq “hələ görün gələn həftə nə edəcəm” yazmışdı. 
Qara qutular maşinistin qəza vaxtı döngəyə 199 km/saat sürətlə girməsini, relsdənçıxma anında sürətin 179 km/saat olduğunu qeydə alıb. Qəzadan yüngül xəsarətlə qurtaran maşinist istintaqa ifadəsində dəfələrlə sözügedən döngəni icazə veriləndən daha yüksək sürətlə getdiyini etiraf edib.
Təbii ki, maşinist bu ərazidə özünəarxayınlıq nümayiş etdirib, normativləri pozub. Lakin bütün təqsiri maşinistdə axtarmaq da qeyri-obyektivdir. Sözügedən əyrixətli zonanın özünüdə də texniki qüsurlar olub. Hadisədən bir neçə ay əvvəl xəttin açılış mərasimi zamanı ilk qatardan istifadə edən sərnişinlər də sözügedən hissədə ciddi diskomfort hiss etdiklərini bildiriblər. Qəzaya düşən qatarın kostruksiyasının yüngül, ox sayının az olması da qəza səbəbi kimi göstərilir.
Qəzada zərərçəkənlərin artmasının bir səbəbi kimi xilasedicilərin hadisə yerinə gec gəlməsi göstərilir. 
Hadisədən sonra İspaniya dəmir yollarında siqnallaşma və nəzarət sistemləri ciddi nəzarətdən keçirildi, maşinistlərin iş rejiminə nəzarət sərtləşdirildi.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh