Müəlliminin evini aldı – Görün nə ilə qarşılaşdı?

Antikvar mağazasının sahibi Aleks Arçbold mərhum musiqi müəllimi Bette-Joan Ruckun evini alıb.
Lent.az xəbər verir ki, o, evini cəmi 7500 dollara alıb.
Edmontondan olan Aleks Arçbold əntiq əşyalara və maraqlı sərgüzəştlərə həsr olunmuş çoxlu abunəçiləri olan məşhur "YouTube2 kanalı ilə tanınır. Macəra axtarışı onu keçmiş müəlliminin evini almağa vadar edib.
Onun sözlərinə görə, müəllimin cüzi gəliri olduğu üçün sonradan görəcəklərini heç gözləmirmiş. Amma ilk dəfə evi içəridən görəndə onun vəziyyəti Aleksi şoka salıb. Ev xəzinələrlə dolu olub.
Arçbold və ailəsi satmaq üçün qiymətli əşyalar axtararkən qəfildən içərisində gümüş külçələr olan bir yığın kağız tapıblar. Ancaq bu, aysberqin yalnız görünən hissəsi idi. Onlar evdə axtarış apararkən nağd pulla dolu pul kisələrinə rast gəliblər. Hətta qiymətli qızıl və brilyant zinət əşyaları da tapıblar.
İlk hərracdan sonra onlar tapdıqları xəzinələrə görə artıq 200 min dollara yaxın pul qazanıblar. Amma Arçbold bu məbləğin daha da artacağına əmindir. Evin içindəkilərdən tamamilə qurtulanda onun ən azı daha 100.000 dollar qazanacağını təxmin edir.
Qeyd edək ki, Aleksin musiqi müəllimi Bette-Joan Ruck 1944-cü il təvəllüdlü istedadlı musiqiçi idi. Ancaq gözlənilməz bir avtomobil qəzası onun bir sıra planlarını pozub. Buna baxmayaraq o, musiqiyə olan sevgisini inkişaf etdirməyə davam edib və təhsilini Solo Piano üzrə Diplom və Piano üzrə Müəllimlik dərəcəsi ilə Kral Toronto Musiqi Konservatoriyasında tamamlayıb.
Zərgərlik bir yana, Bette-Joan Ruck'ın evi Arçbold və ailəsini “Chanel”, “Burberry” və “Tiffany” kimi tanınmış dizaynerlərdən tapılan əlavə qutularla təəccübləndirib. Həmçinin evdə köhnə bıçaqlar, qiymətli köhnə plastinalar, ayaqqabılar, kitablar və hətta bir neçə köhnə tikiş maşını var idi.
Arçbold, sadəcə pianonu özü üçün saxladığını və onu antikvar dükanının yanında açmağı planlaşdırdığı yeni kafeyə köçürməyi planlaşdırdığını bildirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












