Müharibə gedən ölkədə premium avtomobil sevgisi

Ukraynada müharibə daha da şiddətləndiyi vaxtda premium avtomobillərin satışı artıb.
Avtosfer.az focus.ua saytına istinadla xəbər verir ki, bu ilin ilk yarısında təxminən 50 premium avtomobil rəsmiləşdirilib. Söhbət dəyəri 200 min dollardan çox olan maşınlardan gedir.
Ayrı-ayrı iş adamları vaxtaşırı sosial şəbəkədə bir neçə yüz min dollar dəyərində maşınlarını fəxrlə nümayiş etdirirlər. Qeydiyyata alınmadan sürülən maşınların sayı isə naməlumdur.
İşin iqtisadi və siyasi tərəfinə gəlincə: bu tip xəbərlər əsassız olmasa da, əsasən Ukrayna xaricdən növbəti yardım tranşı istədikdə, yaxud rəsmi Kiyev Qərbi ləng davranmaqda ittiham etdikdə ortaya atılır.
Hörmətli oxucu, 200 min dollarlıq maşın Ukrayna reallığı üçün nə dərəcədə bahadır sualına cavab tapmaq üçün 2 faktı xatırlatmaq istəyirəm. Əvvəla, müharibə başlayandan Ukranada dəyəri 10 min dollaradək olan maşınların satışında daimi azalma müşahidə olunur. Rusiyanın zərbələri nəticəsində minlərlə avtomobil məhv olub. Yüzlərlə yük avtomobilini isə sürücülər xaricdə atıb qaçıb.
İkinci, bir neçə həftə əvvəl Ali Radanın deputatlarından biri hərbi komissarların xaricdəki əmlakını yoxlamağı təklif edib. Deputat iddia edir ki, Ukraynada ordudan yayınmağın qiyməti 40 min dollardır. Hərbi komissarlar mühaibə başladıqdan sonra İspaniya, İtaliya və Fransada mülk almaq yarışına girişiblər.
Vüqar Yaşaroğlu
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA











