Mühəndis beyninin MÖCÜZƏLƏRİ

Avtosfer.az avtomobil sənayesində son mühəndis xarüqələrinin bir neçəsini avtomobil həvəskarlarının diqqətinə çatdırır.
The Scarab

Şəhər nəqliyyatının yüklənmiş yolları üçün ən mükəmməl həll yolu - "The Scarab" avtomobilidir. Yalnız bir sərnişinə malik olan, şaquli vəziyyətdə dönə bilən rahat avtomobil batareya və ya adi yanacaqla işləyir.
Covini C6W

Altı təkərli bu idman avtomobilini italyan avtodizayner Ferruççio Kovini ixtira edib. Mükəmməl ixtira haqda dizayner hələ 1974-cü ildən xəyal edirdi, lakin o zaman avtomobil sənayesi ixtiraçının ehtiyaclarını təmin edəcək qədər inkişaf etməmişdi. Bu gün "Covini C6W" müasir idman avtomobillərinə meydan oxuyur. O, 2 əlavə qabaq təkəri ilə idarədə sabitliyə və yaxşı əyləc sisteminə malikdir.
Hummer H3

Taxta təkərli “Hummer H3” ictimaiyyəti təəcübləndirib. Britaniyalı dizayner Metyu Harrison hər kəsi inandırır ki, onun yeni “Hummer”i əsl incəsənət əsəridir. Çünki taxta təkərli bu nəhəng yolsuzluq avtomobilində hər şey - gözəllik, mühəndislik sənəti və tarix öz əksini tapıb.
Bloodhound SSC

Alim Riçard Noublun ixtirası, gələcəyin avtomobili "Bloodhound SSC" görünüşcə təkərlər üzərində olan raketi xatırladır. Çox sürətli raket mühərriki ilə təchiz edilmiş maşın 40 saniyəyə 1.050 mil sürət yığa biləcək.
3 təkərli avtomobil

Bu 3 təkərli avtomobil 5 saniyə ərzində 60 mil sürət yığa bilir.
Ultimate Aero EV

'Ultimate Aero EV' ən sürətli elektrik avtomobilidir. Avtomobil 335 kilometr/saat sürət yığa bilir. 100 kilometr/saat sürətə isə maşın cəmi 2.5 saniyəyə çatır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












