Mühərriklərin təkmilləşməsi neft bazarında dəyişiklik yaradacaq

Beynəlxalq Enerji Agentliyi 2030-cu illə bağlı proqnozunu açıqlayıb. Agentlik bu onilliyin sonunda neftə tələbatın sabitləşəcəyi qənaətindədir. Lakin hesabatda bir maraqlı məqam da var: planetin bir hissəsində neftə tələbat artacağı halda, digərində azalacaq. Analoji vəziyyət nəqliyyatda da müşahidə olunacaq. Təyyarələrin kerosinə artan tələbatını elektromobillər kompensasiya edəcək.
Avtosfer.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin sonuncu proqnozunda deyilir: Bərpaolunan enerji hasilatının və qurğuların faydalı iş əmsalının artması istehlaka təsir edəcək. Yaşıl enerjiyə keçid sürətləndikcə dünyada neftə tələbat azalacaq.
Müasir iqtisadi və siyasi tendensiyalara istinad edən Agentlik bildirir ki, Asiya ölkələrindəki inkişaf, aviasiya və neft kimyası sektorunda tərəqqi yaxın illərdə neftə tələbatın artması ilə nəticələnənəcək. Lakin bu artım digər sahələrdə tətəbatın azlması ilə kompensasiya ediləcək. Elektromobillərin artması, daxiliyanma mühərriklərinin faydalı iş əmsalının yüksəlməsi və Yaxın Şərqdə elektrik istehsalı üçün neftdən istifadənin azalması yanacağa tələbatın aşağı düşməsi ilə nəticələnəcək.
Proqnoza görə 2030-cu ildə dünyada neftə sutkalıq tələbat 106 milyon barel olacaq. Bu il rəqəm 203 milyon bareldir.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












