Mükafat verən radar - FOTO

Dünyanın heç bir ölkəsində sürücülər sürətölçmə radarını sevmir. Səbəb məlumdur: radar sürücünün cibini “vurur”. Lakin əksi də olur.
Avtosfer.az-ın xəbərinə görə, Fransanın Ambuaz kommunasında fərqli radar quraşdırılıb. Belə ki, şəhərdəki yol ötürücüsünün üstündə 30 km/saat sürət limiti təbiq edilsə də, əksər sürücülər buna məhəl qoymur. Problemin həlli üçün işıqforun üzərində radar quraşdırılıb və hər 2 qurğu sinxron işləyir. İş prinsipi belədir: yolda hərəkət olmadıqda qırmızı işıq yanır. Hərəkət olduqda isə radar nəqliyyat vasitəsinin sürətini ölçür. Avtomobilin sürəti norma daxilində olduqda işıqfor sarı, ardınca isə yaşıl işığa keçərək sürücünü “mükafatlandırır”. Yəni, aşağı sürətlə gedən avtomobil dayanmadan yoluna davam edir.
Sürət həddini aşan avtomobil üçünsə qırmızı işıq yanır. Əgər sürücü qırmızı işığa məhəl qoymadan yoluna davam edərsə, 10 saniyə sonra telefona mesaj gəlir: 135 avro + 4 cərimə balı.
Təcrübə uğurlu alınacağı təqdirdə sürətli yollarda da tətbiq ediləcək.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












