Mütəxəssislər yola şəkər tökməyi təklif etdilər

Havalar soyuduqdan sonra yenə yollarda buzlanmanın qarşısnı almaq məsələsi aktuallaşır.
Avtosfer.az xəbər verir ki, hələ də bir çox ölkə buzlaşmanın qarşısını almaq üçün ən səmərəli yol kimi ənənəvi üsuldan – duz və qum qarışığından istifadə edir.
Lakin bu üsula qarşı etirazlar son illərdə durmadan artır. Çünki duz avtomobilin metal hissələrini dağıdır, bitkilərə ziyan vurur. Kimyəvi reagentlər maşını korlamasa da, təbiətə təsirsiz də ötüşmür.
Məsələdən çıxış yolu kimi Belarus mütəxəssisləri şəkərdən istifadəni təklif edirlər. Onların fikrincə, şəkər emalı prosesində aralıq məhsul kimi əmələ gələn melassadan istifadə etmək olar. Şəkər də duz kimi suyu özünə çəkdiyi üçün buzu dağıdır, bitkilərə və maşınlara zərər vermir.
Amma məsələnin iqtisadi tərəfi də var: melassa bahadır və belə strateji məhsulu heç kim yol işçilərinə havayı vermək fikrində deyil. Onu qənnadı sənayesində istifadə edərək ixrac təyinatlı məhsul istehsal etmək və pul qazanmaq mümkündür.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












