Niyə kişilərin saçı daha çox tökülür? – MARAQLI SƏBƏB

Sağlam bir baş dərisi ortalama 100 min tükə sahibdir, amma yetkinlərdə yuyulma və daranma səbəbindən 1 gündə orta hesabla 80-120 tük normal hesab edilir. Saç tökülməsi kimyəvi maddələrə məruz qalma, hormonal və qidalanma faktorları, genetik faktor, stres kimi problemlər səbəbindən baş verə bilər. Maraqlıdır ki, kişilərdə saç tökülməsi qadınlara nisbətən daha tez baş verir.
Bunun səbəbi nədir?
Həkim-terapevt Rrasif Bağırov Bizim.Media-ya bildirib ki, saç tökülməsi Qafqaz xalqları üçün xarakterik xüsusiyyətdir:
“Yəni başqa regionlarla müqayisədə Qafqazda saç tökülməsi anlayışı daha çox olur. Məsələn, Gürcüstanda bu hal Azərbaycandan və Ermənistandan daha çoxdur. Saç tökülməsinin müxtəlif variantları var. Onlardan biri də kişilərdə olan 5-alfa reduktaza fermentidir. Bu kişi cinsiyyəti hormonudur. O hormon kimin başının dərisində toplanırsa, həmin insanların saçı mütləq tökülür. Həmin ferment saçın tökülməsində ən əsas rolu oynayır. Saça yaxşı qulluq etdikdə onun tökülməsinin qarşısını almaq olur”.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












