Niyə kökəlirik? - 5 ƏSL SƏBƏB

Profilaktika və qocalma əleyhinə mütəxəssis Natalya Zubarevanın sözlərinə görə, kök insanların özü haqqında dediyi "Sümüyüm iridir" iddiaları həqiqətlə üzləşmək istəməyənlərin gülünc bəhanələrdən başqa bir şey deyil.
Həkim bu barədə Teleqram kanalında yazıb və piylənmənin əsas səbəblərini izah edib.
"Orqanizmin "konstitusiyası" bir çox amillərdən asılıdır, onların hər biri piylənmənin səbəbini tapmaq üçün təhlil edilməlidir.
Birincisi, qidalanma ilə bağlıdır. Kökəlmək istəmirsinizsə, rasiondan şirniyyatları, un məmulatlarını fəstfudları, yağlı qidaları xaric etmək lazımdır. Bir qidalanma mütəxəssisi ilə məsləhətləşib orqanizmə uyğun menyu tərtib edə bilərsiniz. Əsas odur ki, təslim olmayın və plana uyğun əməl edin.
Çəkinizin artmasının ikinci bir səbəbi fiziki fəaliyyətin olmamasıdır. Biz oturaq insanların nəslinə çevrilmişik! Maşınlar, qadcetlər və divanlar bizi əsir saxlayır! Qalxın, hərəkət edin!
Üçüncüsü, genetikadan da çox şey asılıdır. Artıq çəkiyə meyllilik irsi xarakter daşıyır, lakin idmanla məşğul olsanız və pəhriz saxlasanız, bu amili aradan qaldırmaq mümkündür. Dördüncü yerdə stress və emosional amillər gəlir.
Beşincisi, tibbi səbəblərlə əlaqədardır. Qalxanabənzər vəzin xəstəlikləri, polikistik yumurtalıq sindromu və digər xəstəliklər artıq çəkiyə səbəb ola bilər! Odur ki, sağlamlığınıza laqeyd yanaşmayın" , - həkim teleqram kanalında yazıb. (publika)
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












