Niyə təyyarədə yata bilmirik?

Bir çox insanın başqa nəqliyyat növünə (mümkünsə) üstünlük verərək təyyarədə uçmaqdan imtina etməsinin səbəblərindən biri də onların təyyarə oturacağında normal yata bilməmələridir.
Niyə oturarkən yatmaq bizim üçün çətindir?
Lent.az xəbər verir ki, insan beyni yuxunun beş mərhələsindən keçir, sonuncusu sürətli göz hərəkəti və ya REM yuxusudur. Bütün yuxu dövrünün yalnız dörddə birini tutur və yuxuya getdikdən təxminən 70-90 dəqiqə sonra baş verir, lakin siz gecə bir neçə dəfə REM mərhələsindən keçirsiniz.
REM yuxusu zamanı beyin onurğa beyninə siqnallar göndərərək müvəqqəti əzələ iflicinə səbəb olur və nəticədə əzələ tonusu itir.
Oturaraq yatmalı olduğunuz təyyarədə qismən iflic və əzələ tonusunun itirilməsi nəticəsində kürək və boyun düz və dik vəziyyətdə qalmağı qeyri-mümkün edir.
Nəticədə, yuxuda olanın başı əyilir və bədəni "uyuşmağa" başlayır. Buna görə də təyyarədə yatmaq insana narahatlıq verir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












