Norveçsayağı humanistlik: Sərnişini can verən təyyarəni enməyə qoymadı, amma... - FOTO

Norveç göyərtəsində halı kəskin pisləşən sərnişinin olduğu təyyarəni hava limanına enməyə qoymayıb. Səbəb kimi isə hava gəmisinin Rusiyaya məxsus olması göstərilib.
Məlumata görə, “Nordwind” aviaşirkətinin təyyarəsi Moskvadan Kubaya uçurmuş. Təyyarə qalxdıqdan bir neçə saat sonra sərnişinlərdən biri mədə xorası səbəbindən daxili qanaxma keçirib.
Sərnişinlərin sözlərinə görə, Oslo pilotlara Norveç hava limanlarına eniş icazəsi verməyib, bu səbəbdən təyyarə Moskvaya qayıdıb.
Daha sonra təyyarə paytaxtın Şeremetyevo hava limanına uğurla eniş edib. Eniş zamanı sərnişin sağ olub, uçuş zolağına gələn təcili tibbi yardım həkimləri onu dərhal xəstəxanaya aparıblar.
Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Norveç də əksər Avropa ölkələri kimi, Rusiyanın hava məkanından istifadəsinə qadağa qoyub. Ancaq bu dəfə Oslo təyyarə üçün istisna edərək ölkə üzərindən uçmaqla geri qayıtmasına icazə verib. Bunu Norveçdə mülki hava limanlarını idarə edən “Avinor” dövlət şirkətinin nümayəndəsi təsdiqləyib. Onun sözlərinə görə, səlahiyyətlilər bu uçuş üçün istisna etməyə razılaşıblar, çünki söhbət insan həyatından gedib.
Mənbə: “Shot” “Telegram” kanalı
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












