“O mənə tanış gəlir" - Niyə ilk gördüyümüz insan haqqında belə düşünürük?

Demək olar ki, hər kəsin ömründə bir dəfə ilk gördüyü insanın ona tanış gəlməsi vəziyyətlə tanışdır. Lakin onu harda gördüyünü xatırlaya bilmir. Alimlər bu məşhur vəziyyəti “tanış üz” adlandırırlar.
Bəs, niyə ilk gördüyümüz insan bizə tanış gəlir?
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu mövzuda araşdırma Los-Ancelesdə amerikalı alimlər tərəfindən aparılıb.
Əgər kimisə ilk dəfə gördüyünüz anda sizə tanış gəlirsə, bunu xatırlamaq üçün beyninizi məcbur etməyin. Onunla demək olar ki, heç bir əlaqəsi yoxdur.
Alimlərin qənaətləri
Bənzər bir vəziyyətdə özünüzü tapsanız, təxmin etməkdən narahat olmayın, əksinə dərhal bunun qarşınızda bir qərib olduğu ilə barışın. Bu hal bir insanın təsadüfi yoldan keçən birinin üzünü öyrəndiyi anda baş verir. Bu zaman beynin "amigdala" adlanan bölgəsində məlumatın yadda saxlanması ilə bağlı proseslər baş verir. Eyni zamanda, məlumatların işlənməsi və yaddaşın formalaşmasına cavabdeh olan hipokampusdakı proseslər aktivləşir.
Yəni insan beyni yaddaşda oxşar simaları xatırlamağa, tanımağa və axtarmağa köklənib. Bu hal beyinin əvvəllər tanış olan digər insanların üzləri ilə bir qəribin ümumi xüsusiyyətlərini müəyyən etməsi ilə izah olunur. Və bu funksiya fonda işləyir. Bu insanı harada gördüyünü hələ də xatırlaya bilmirsənsə, tamamilə normal bir hadisə olduğuna inan.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












