Odunla işləyən sovet avtomobili – bu gün də işə yarayır - VİDEO
Bəlkə də hörmətli oxucuda belə bir sual yaranacaq: axı odunu karbüratora və ya forsunkaya necə dürtmək olar? Haqlı sualdır və biz buna cavab verməyə çalışacağıq.
Avtosfer.az xəbər verir ki, ötən əsrin 30-cu illərində Sovet ittifaqında benzin qıtlığı vardı. Ölkə sürətlə inkişaf edir, yeni mənimsənilən zonalara isə yanacaq çatdırmaq müşkül idi. Çıxış yolunu mühəndislər tapdılar: benzin yoxdur, odun ki boldur.
Beləcə, ötən əsrin 30-cu illərində sover mühəndisləri qaz generatoru ilə təchiz edilmiş QAZ-AA yük avtomobilini (danışıq dilində Poutorka) hazırladılar. Generatorun iş prinsipi sadədir: bərk odun sobada az oksigen olan şəraitdə yanaraq karbon qazı və dəm qazına çevrilir. Yaranan tüstü kobud filtrdən və sudan keçərək təmizlənir və mühərrikə verilir. Qalanı da məlumdur.

İlk vaxtlar bu qurğu QAZ zavodunda yük avtomobillərinə quraşdırılırdısa, sonradan istənilən avtomobilə tətbiq edilə bilən universal generator hazırlandı. Yanacağa qənaət etmək istəyən təsərrüfatların çoxu bu sistemə keçdi. Xüsusən də mərkəzdən uzaq ərazilərdə.
Lakin odun yanacağı ilə iş heç də asan deyildi. Bunun üçün azı yarım saat əvvəl ocaq yandırılmalı və digər prosedurlar yerinə yetirilməli idi. Bir tərəfdən qurğu çox böyük yer tutur, digər tərəfdən sürət və yükgötürmə qabiliyyəti aşağı düşürdü. Amma yoxluqdansa belə yaxşıdır, düşünürdü sovet adamları.

Azərbaycan SSR-də bu avtomobilin istismarına dair məlumatımız olmasa da, vətənimizdə bu maşının heç vaxt olmadığını deyə bilmərik.
Nəqədər təəccüblü olsa da, odunla işləyən avtomobillər 21-ci əsrdə də istismar edilir. Dünyanın sonuncu qapalı kommunist dövləti olan Koreyada. əminəm ki, hörmətli oxucu söhbətin hansı Koreyadan getdiyini bildi.
Aşağıdakı videoda isə rus jurnalist İvan Zenkeviç odunla işləyən avtomobili əyani izah edir.

Vüqar Yaşaroğlu
Almaniyanı qarışdıran Zeynəb kimdir? - ŞOK FAKTLAR - FOTO
Qaradağ rayonunda vulkan püskürüb - VİDEO
Sürücülük imtahanında 138 dəfə kəsildi; səbəbi isə illər sonra məlum oldu
Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR?
Bakıda ev qiymətinə “07” satılır – FOTOLAR
Gəncə, Şəki, Göygöl... Bu şəhərlərin əvvəlki adları belə olub
Uşaqların ürəkdən himn oxuması pilotlarda gülüş yaratdı - VİDEO
Sumqayıt istiqamətində hərəkət edən sərnişinlər üçün YENİLİK
AZAL-ın bələdçisindən nümunəvi davranış: Sərnişinə belə kömək etdi – VİDEO
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
Yanacaq göstəricisindəki sirli oxun mənası nədir? - MARAQLI MƏLUMAT - FOTO












