Ölən insanlar ağaca çeviriləcək - Yeni dəfn üsulu

Dünyada ölülərin dəfni ilə bağlı bir çox rituallar var.
Amerikada fəaliyyətə başlamış bir şirkət isə bu günə qədər mövcud olan bütün ayin və mərasimlərdən daha faydalı bir üsul təklif edir - bu ölən adamın ağaca çevrilməsi metodudur.
Bu metod təbiətin qorunması üçün də xeyli faydalıdır. Sözügedən dəfn üsuluna əsasən, xüsusi materiallardan hazırlanmış, meyit tez çürüyərək torpağa qarışmasına səbəb olan və özü də torpaq üçün faydalı maddəyə çevrilən xüsusi kapsulun içərisinə yerləşdirilir. Daha sonra üzərinə bir neçə ağac toxumu səpilir. Əgər ölən şəxs yandırılıbsa, onun külü də toxumla bərabər kapsula qoyulur. Az müddət sonra çürüyüb torpağa qarışan kapsulun basdırıldığı yerdən bir ağac fidanı boy atmağa başlayır. (lent.az)

Bu layihə insanların tabut üçün ağac kəsməsinin qarşısını ala, ürküdücü soyuq məzarlar yerinə yer kürəsini böyük yaşıllıq zonaları bürüyə bilər. Üstəlik insanlar doğmalarının xatirəsini daşıyan ağaclara da xüsusi qayğı ilə yanaşacaqlar. İnsan öləcək, ömrünü ağaclara verəcək. Yer üzündə yaşıllıqların sayı artacaq və ekoloji mühit sağlamlaşacaq.
Bu cür dəfn üsulundan istifadə üçün sifarişlərin sayı getdikcə artır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












