Olimpiya günü Fransanın dəmir yollarında hərəkət iflic olub

2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılışı günü Fransanın dəmir yolları ciddi insidentlə üzləşib.
Avtosfer.az Fransa KİV-ə istinadla xəbər verir ki, gecə boyu bir çox xətdə ziyanvericilik aktları baş verib, dəmir yolu infrastrukturunda məqsədli şəkildə yanğınlar törədilib.
Fransa Dövlət Dəmir Yolları Şirkəti (SNCF) baş verən hadisələri məqsədyönlü sabotaj adlandırıb. Hadisə nəticəsində bir çox xətdə hərəkət ciddi şəkildə ləngiyib və ya tam dayanıb. 800 mindən çox sərnişin mənzil başına çata bilməyib. Beynəlxalq xətlərdə də ciddi gecikmələr müşahidə olunur.
Avropa ölkələrinin sakinləri Olimpiadaya gəlmək üçün əsasən yüksək sürətli qatarlardan istifadə edirlər. Lakin Fransa ərazisində onların demək olar hamısının hərəkəti dayanıb.
SNCF bildirib ki, təmir işlərinə bütün heyət cəlb olunub. Lakin problemlərin tam aradan qaldırılması üçün azı 3 gün tələb olunur.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












