Oliqarxın 400 milyon dollarlıq yaxtası - FOTO-VİDEO
Maraqlı
10 Noyabr 2014 22:55

“Ağ Mirvari” bu günlərdə Londonda lövbər salıb
Dünyanın 25 ən iri yaxtasından biri olan “Ağ Mirvari” bu günlərdə Londonda lövbər salıb. Rusiyalı oliqarx-milyarder Andrey Melniçenkoya məxsus olan 8 mərtəbəli qızılı yaxtanın Temza çayından keçməsi üçün çayın üzərindəki Tauersk körpüsü qaldırılıb. Dəbdəbəli yaxta Böyük Britaniya kraliçasının “Belfast” hərbi gəmisi ilə yanaşı lövbər salıb.

Yaxtanın qiyməti 400 milyon dolları keçir. Onun içərisində 3 hovuz, gümüş perila, vertolyot meydançası, 42 ekipaj üzvü və qonaqlar üçün kayutlar, bomba zərbəsinə davamlı şüşə örtük var. Hovuzlardan birinin döşəməsi şüşədəndir, ona görə ki, orada üzənlər dənizin altını seyr edə bilsinlər. Yaxta Hamburq tərsanəsində yığılıb, dizayneri fransız Filip Starkdır. Yaxtanın uzunluğu 100.5 metrdir.

Yaxtanın sahibi, 44 yaşlı biznesmen Andrey Melniçenko mifik şəxsiyyətdir, onun barəsində bir çox şaiyələr yayılıb. Sərvəti 10 milyard dollardan çoxdur. Oliqarxın İngiltərədə 40 milyon dollar dəyərində üçmərtəbəli malikanəsi də var. Milyarder serbiyalı model və pop-ulduz Aleksandra Nikoliçlə evlidir.(Virtualaz.org)







Oxunub : 2638
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 15:48
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
13 Noyabr 2026 12:30
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
12 Noyabr 2026 12:00
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
12 Noyabr 2026 11:30
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
12 Noyabr 2026 10:48
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
11 Noyabr 2026 12:30
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
10 Noyabr 2026 17:02
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
8 Noyabr 2026 10:54
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
7 Noyabr 2026 00:24
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
6 Noyabr 2026 13:00
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
6 Noyabr 2026 10:30
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
5 Noyabr 2026 18:51
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
ŞƏRH YAZ












