Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular

Los-Angeles hospitalının tibb bacısı Culie Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşıb. O qeyd edib ki, "demək olar ki, bütün insanlar" ölməzdən təxminən bir ay əvvəl təsəlliverici görüntülər yaşayırlar.
Lent.az xəbər verir ki, o, müşahidələrini "TikTok" hesabında paylaşıb.
“Qorxulacaq heç bir şey” kitabının müəllifi MakFadden deyir ki, “rahatlıq” deyilən görüntülər adətən ölümdən təxminən bir ay əvvəl baş verir. O, həyatlarının son mərhələsində xəstələrlə işləmək təcrübələrini ətraflı şəkildə izah edərək, onların bir çoxunun dünyasını dəyişən yaxınlarını görməyə başladığını qeyd edib.
"Bu hal qeyri-adi deyil. Bu təcrübəni yaşayan insanların çoxu tam şüurlu olaraq qalır və halüsinasiyalardan əziyyət çəkmir", tibb bacısı izah edib. Onun sözlərinə görə, bu görüntülərdə ölmək üzrə olan insan öz qohumlarını, yaxın dostlarını və hətta son anlarında onlara təsəlli vermək və dəstək olmaq üçün gələn ev heyvanlarını da əhatə edir.
MakFadden həmçinin qeyd edib ki, halüsinasiyalar və ya xəyalların nəticəsi olmayan bu görüntülər ölənlərə rahatlıq gətirir. Onun sözlərinə görə, belə görüntülər zamanı insanlar tam şüurlu olurlar.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












