Ölüm sayı çox olan Avropa yolları və ya “korrupsiya adlı avtoxuliqan”

Bu gün avtosfer.az saytında yayılan yol-nəqliyyat hadisələrində ən çox ölüm olan Avropa ölkələri barədə xəbər bir daha “liderlərin” dəyişmədiyini ortaya qoydu. İlk yerdə yenə də Bolqarıstan gəlir. Bəs səbəb nədir?
Avropa mediasına nəzər saldıqda reallıq məlum olur. Yarım gün ərzində sürücülük vəsiqəsinin alındığı, texniki baxışın formal olduğu (avtomobilin və sürücünün iştirakı olmadan) bir ölkədən İsveçrədəki kimi nəticə gözləmək təbii ki, sadəlövhlük olar. Bir neçə il əvvəl Avropanın aparıcı media qurumlarının “Korrupsiya adlı avtoxuliqan” adlı araşdırması çox maraqlı faktları üzə çıxarmışdı. Bu araşdırmaya qısaca göz gəzdirmək həqiqəti çılpaqlığı ilə ortaya qoyur. Araşdırmada səsləndirilən fikirlər bu gün də aktualdır və necə deyərlər, Polişinelin sirridir.
Sözügedən xəbərdə göstərilir ki, sürücülük vəsiqəsi almaq istəyən şəxs təxminən 1000 avro götürüb imtahan mərkəzinə gəlir. Burada onun adı geri tarixlə sürücülük məktəbində qeydiyyat aparılır, tibbi arayış “əldə edilir”, imtahan “keçirilir”. Bir neçə saata istənilən kateqoriyadan vəsiqə hazırdır.
2000-ci illərin əvvəllərində Bolqarıstanda “sürücülük vəsiqəsi turizmi” təşkil edilirdi. Almaniya, Fransa, İsveçrə kimi sürücülük vəsiqəsi almaq çətin olan ölkələrin vətəndaşları tətil üçün Bolqarıstana gəlir, burada 600-700 avro (həmin vaxt qiymət nisbətən ucuz idi – müəl.) ödəyərək cəmi 1 günə sürücülük vəsiqəsi alırdılar. Bu “biznes” qısa müddətdə Qərbi Avropada naşı sürücülərin və paralel olaraq qəzaların kütləviləşməsini doğurduğu üçün polis məsələyə müdaxilə etdi. Qəza törədən Bolqarıstan vəsiqəli vətəndaşların sürücülük hüququ ləğv edildi. Sonrakı illərdə Bolqarıstanda alınmış vəsiqələr qəza törədilmədiyi halda belə mərhələli şəkildə ləğv edildi.
Bir sözlə, sovet dövrünün məşhur “quş toyuq deyil, Bolqarıstan isə xaric” ifadəsi bu gün də aktuallığını qoruyur.
Vüqar
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu
Gəlin və bəy motosikletlə zala daxil oldu – VİDEO










