Ölümündən sonra meyiti 27.000 rəqəmsal hissəyə bölünüb – VİDEO

Syu Potter müasir insanlıq tarixində ilk dəfə elm və tibbin inkişafı naminə könüllü olaraq meyitinin rəqəmsallaşmasına və elmi araşdırmalar üçün istifadə olunmasına razılıq verib. O, 1927-ci ildə Almaniyada doğulub. Müharibə illərində ABŞ-a miqrasiya edib. 2000-ci ildən tək yaşayan qadın dəri xərçəngi, diabet, süd vəzi xərçəngindən əziyyət çəkir və həyatı boyu bir neçə əməliyyat keçirib.
Bir dəfə qadın professor Viktor Spitserin novator layihəsi barədə oxuyur. Alimlər 2 insanın meyitini balzamlaşdırıb, dondurublar. Onların bədəni çox nazik, tük kimi lazer kəsiklərlə millimetrlik hissələrə bölünüb. Bu meyitlər üzərində tibb işçiləri və gələcəyin alimləri canlı adamdakı kimi işləyə bilirlər.
Syu da bu layihədə üçüncü olmaq istəyir. Professor Spitser ilk əvvəl etiraz etsə də, sonradan razılaşır. Bir şərtlə ki, qadın ömrünün son gününə kimi gündəlik tutaraq gündəlik həyatını, hisslərindən tutmuş yeməyinə kimi hər şeyi qeyd etməlidir.
Beləliklə, Syu insanlıq tarixində ilk dəfə olaraq, sağlığında könüllü şəkildə meyitini elmə bağışlamış insan olur.
Müqaviləni imzalayandan sonra bir neçə il yaşayacağını güman edən qadın əksinə 15 il yaşayır və professor və komandası ilə aktiv olaraq ünsiyyət qurur. Onun gündəliyi isə tarixdə ən dəqiq yazılmış tibbi gündəlikdir.
Syu 2015-ci ildə pnevmoniyadan 87 yaşında vəfat edib. Ölümündən 4 saat sonra onun cəsədi polivinil spirtinə salınıb, daha sonra mənfi 26 dərəcədə dondurulub. Daha sonra 60 gün ərzində meyit tük nazikliyində kəsilərək 27 000 hissəyə ayrılıb. Syunun vəsiyyətinə görə, bütün proses boyu Mosartın rekviyemi səsləndirilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












