Ombudsman uşaq rəsm müsabiqəsi ilə bağlı elan verir

Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir. Müsabiqədə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.
Bu barədə İnsan hüquqları üzrə müvəkkilin rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, müəlliflər rəsmləri A3 formatda işləməli və aşağıda verilmiş anket formasındakı məlumatları (iştirakçı haqqında qısa məlumat, əlaqə telefonları və bir ədəd 4x5 ölçüdə foto şəkil) dolduraraq rəsmlə birlikdə təqdim etməlidirlər.
Rəsm əsərləri 01 dekabr 2020-ci il saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim edilməlidir.
Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək:
Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması;
Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.
Builki müsabiqəyə təqdim olunacaq rəsmlərdə torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması mövzusuna müraciət edilməsini tövsiyə edilir.
İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra on gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.
Qeyd olunur ki, müsabiqənin mövzusuna uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












