Otellərdə verilən şampunları niyə işlətmək olmaz? - XƏBƏRDARLIQ

ABŞ-nin Texas ştatının San Antonio şəhərində yaşayan və daha əvvəl hotel meneceri işləmiş Melissa Henksin etirafları sosial şəbəkə istifadəçiləri arasında narahatlığa səbəb olub.
"TikTok"da video paylaşan Henks müştərilərə hotellərdəki şampunlardan istifadə etməməyi tövsiyə edib.
Keçmiş menecer bildirib ki, otellərdə pulsuz verilən hamam-tualet ləvazimatları ilə ehtiyatlı davranmaq lazımdır. O, xüsusilə insanlara şampun, kondisioner və bədən losyonlarından uzaq durmağı məsləhət görüb:
''Duş qəbul edərkən ağzına qədər doldurulmuş şampun şüşələri hamamda sizi gözləyir. Heç vaxt bu şampunlardan istifadə etməyin, çünki sizdən əvvəl müştəri onların içərisinə nəsə tökmüş ola bilər. Bəzən belə məhsullarda saç boyası, ağardıcılara rast gəlirik. Məncə, otelə gələndə özünüzlə mini ölçülü şampun və losyonunuzu gətirin.
Öz qulluq vasitələriniz yoxdursa, resepşına gedin və yeni qulluq dəsti istəyin. Belə xoşagəlməz hallarla gözlənildiyindən də tez-tez rastlaşırıq”,- o söyləyib.
Sosial şəbəkə istifadəçilərindən biri isə bildirib ki, şampunun içərsinə tük tökən krem əlavə edənlər də olur.
Sözügedən video sosial şəbəkələrdə 1 milyondan çox baxış toplayıb. (Ölkə.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












