Özbəklər gediş haqqını bank kartı ilə ödəyir, bəs bizdə? - FOTO

Özbəkistanda UZCARD bank kartı (ölkənin 35 bankının və 36 ödəniş aqreqatorunun vahid kartı) ilə ictimai nəqliyyatda ödənişlərin əhatə dairəsi genişlənir.
Avtosfer.az xəbər verir ki, əvvəllər kartla yalnız Daşkənddə şəhər nəqliyyatında ödəniş etmək mümkün idisə, bu gündən siyahıya daha 12 şəhər əlavə edilib. Bunların arasında yerli və əcnəbi turistlərin intensiv olduğu Səmərqənd, Buxara, Karş və Xivə şəhərləri də var. Bu tətbiq sayəsində digər şəhərə gedən Özbəkistan vətəndaşlarının nəqliyyat kartı almasına ehtiyac qalmır.
Azərbaycanda da bu məsələ uzun müddətdir müzakirə edilir. Yaxın vaxtlarda Bakı nəqliyyatında da bank kartı ilə ödənişin tətbiqi real görünür.. Bank kartı ilə ödəniş mümkün olarsa, bir günlük Bakıya gələn və ya nəqliyyatdan az istifadə edən yerli vətəndaşların işi yüngülləşər. Eyni zamanda, ictimai nəqliyyatda bank kartı ilə ödəniş əcnəbi turistlərin də ölkə barədə müsbət fikir söyləməsinə səbəb olur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














