Papanın motosikleti satışa çıxarılacaq

2015-ci il fevralın 5-də Parisdə Roma Papası XVI Benediktə məxsus Harley-Davidson motosiklet hərraca çıxarılacaq. Avtosfer.az buro247.az-a istinadən xəbər verir ki, motosiklet məşhur şirkətin 110 illik yubileyi münasibətilə 2013-cü ildə Papaya hədiyyə olunub. Satışları həyata keçirəcək Bonhams-ın vitse-prezidenti Ben Uolker bu hadisəni hərrac üçün tarixi hadisə adlandırıb: "Biz fəxr edirik ki, belə bir fantastik maşının satışı məhz burada gerçəkləşəcək. Əldə olunan bütün vəsait kimsəsiz uşaqlara yardım məqsədilə Polşada yerləşən xeyriyyə fondunun hesabına köçürüləcək".
Məlumata görə, motosikletin ilkin dəyəri 15-20 min avro arasında dəyişir.
Qeyd edək ki, XVI Benedikt 2005-ci il aprelin 19-da çağırılmış konklavda Roma Papası seçilmiş, mayın 7-də Müqəddəs Lateranlı İoann bazilikasının sahibi edilib. Eyni zamanda XVI Benedikt həm Vatikan, həm də Almaniya vətəndaşıdır. Münhen və Freyzinq arxiyepiskopu və kardinalı olub. Seçkilər zamanı o, İnam Doktrinası Konqreqasiyasının prefekti olub. O, 11 fevral 2013-cü il tarixində gözlənilmədən istefa verib. Səbəb kimi qocaldığına görə yorulduğunu və işləyə bilməyəcəyini bildirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












