Parkinq qiymətləri: Dünya ölkələri və Azərbaycanda - FOTO

Parkinq qiymətləri: Dünya ölkələrində və Azərbaycanda
Bir neçə gündür ki, gündəmdə olan mövzulardan biri də parkinq qiymətləridir. Bir çox sürücü bu qiymətlərin baha olduğundan şikayətlənir.
Avtosfer.az xaricdə, xüsusən də Avropadakı parkinq qiymətlərini araşdırıb.
Belə ki, “EasyPark Group”un yeni müqayisə icmalında, müxtəlif Avropa ölkələrində parkinq üçün orta qiymət təhlil edilib. Müqayisə göstərir ki, Portuqaliyada parklanma qiymətləri ən ucuzdur, burada bir saat orta hesabla 0,75 (1.40 AZN) avroya başa gəlir. Parkinq üçün ən bahalı ölkə Hollandiyadır, burada bir saatlıq parkinq təxminən 3,5 (6.50 AZN) avrodur. İtaliya isə müqayisə edilən ölkələr arasında ikinci ən ucuz yerdir. Orta qiymət saatda 1,5 (2.80 AZN) avrodur. Sonrakı qiymətin 1,52 avro olduğu İsveç və İspaniya gəlir. Siyahıda Hollandiyadan sonra daha bahalı ölkələr kimi Almaniya, Norveç və Danimarka gəlir.
Ölkəmizdə isə xüsusi parkinq yerlərində müxtəlif tariflər tətbiq olunub. Bu qiymətlər bir gün üçün 1 manat 66 qəpik – 4 manat 66 qəpik arasında dəyişir. Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri də var ki, burada parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır.
Bu səbəbdən gələn aydan “Qış Parkı”nın dayanacağında aylıq parkinq qiymətləri 30 manatdan 80 və 120 manata qalxacaq. Azadlıq meydanında isə aylıq paketlərdə 12 saatlıq məbləğ 100, 24 saatlıq məbləğ isə 140 AZN müəyyən edilib.
Qeyd edək ki, Bakı şəhəri üçün 4 parkinq zonası müəyyən edilib. Şəhərin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. Bəzi ərazilərdə isə pulsuz parkinq yerləri təşkil olunub.
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
















