Paytaxtı yüngülləşdirməyin Özbəkistan modeli - FOTO

Özbəkistanın dövlət qurumlarının Yeni Daşkəndə köçürülməsi prosesi başlayıb.
Avtosfer.az xəbər verir ki, bu idarələrin hazırki binaları satılacaq və əldə edilən vəsait yeni şəhərin tikintisinə sərf ediləcək.
Qeyd edək ki, Yeni Daşkənd Özbəkistan paytaxtının 13-cü rayonu hesab edilir. Burada tikintiyə 2023-cü ildə başlayıb. Yeni şəhərin salınması üçün Daşkənd vilayətində 30 min hektardan çox ərazi ayrılıb. Çirçik çayı sahilindəki şəhərdə 1 milyon nəfərin yaşaması nəzərdə tutulub.
Özbəkistan hökumətini bu addımı atmağa paytaxtdakı ifrat sıxlıq məcbur edib. Ötən il şəhərin təməlqoyma mərasimində prezident Şavkat Mirziyoyev bildirmişdi ki, yeni şəhər salınmasa 5 il sonra Daşkənddə yaşamaq mümkün olmayacaq.
Taşkənd əhali sayına görə (3 milyon nəfərdən çox) Orta Asiyada birinci, MDB məkanında isə üçüncü şəhərdir. Şəhərdə nəqliyyat sıxlığı həddən artıq çoxdur.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO















