Pilotsuz avtomobil dəmir yolunu “görmür” – VİDEO

Hadisə xarici ölkələrdən birində baş verib.
Avtosfer.az xəbər verir ki, sürücü özü avtomobildə olsa da, idarəetməni obrazlı desək tamamilə “süni intellektə həvalə edib”. Lakin Tesla 3 elektromobilinin muxtar idarəetmə sistemi səhvə yol verib.
Yolda hərəkət zamanı elektromobil dəmir yolu keçidini “görməyib”. Tərslikdən həmin anda şlaqbaum bağlı olub, yoldan yük qatarı keçirmiş. Lakin Tesla heç nə olmamış kimi yoluna davam edib, yalnız şlaqbaumu aşırdıqdan sonra “qatarı görərək” sağa kəskin manevr edib. Nəticədə avromobilin qabaq oxu qırılıb, kuzovun detalları zədələnib.
Maraqlıdır ki, sürücü eyni yolda ikinci dəfədir analoji qəza keçirir. Bu da bir daha sübut edir ki, ən son təchizat belə, sürücünün arxayınlaşması üçün əsas deyil. Sürücü idarəetməni avtomobilin elektronikasına həvalə etsə də, ştatdankənar hallarda müdaxiləyə hazır olmalıdır.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












