Pis hava və maqnit fırtınaları zamanı nə etməli? - HƏKİM MƏSLƏHƏTİ

Rusiyalı nevroloq Yekaterina Demyanovskaya təbiət hadisələrinin sağlamlığa necə təsir etdiyindən danışıb.
Nevroloq özünü daha yaxşı hiss etmək üçün pis hava və maqnit fırtınaları zamanı nə etməli olduğuna dair məsləhətlər verib.
“Hətta sağlam insanlar geomaqnit qasırğaları və ya günəş tutulmaları zamanı izah olunmayan stress, artan narahatlıq, fiziki ağrılara həssaslıq və digər xarici amillərlə qarşılaşa bilərlər”, - deyə həkim bildirib.
Demyanovskayanın fikrincə, geomaqnit sahəsindəki dəyişikliklər damar divarının tonusuna və qanın laxtalanma qabiliyyətinə təsir göstərir. Geomaqnit qasırğaları zamanı meteohəssas insanlar yüksək və ya aşağı təzyiqdən, başgicəllənmədən, baş ağrısından, göz almalarında və oynaqlarda narahatlıqdan şikayət edə bilərlər.
Yüksək hava həssaslığı olan insanları hava şəraitinin təsirindən qorumaq çətin olsa da, bu təsiri nisbətən azaltmaq mümkündür. Pis hava və ya geomaqnit qasırğaları zamanı həkim isti ayaq vannaları, kontrastlı duş qəbul etməyi və gimnastika etməyi məsləhət görür. Təmiz havada gəzmək də orqanizmə yaxşı təsir göstərir. (Oxu.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












