Pişik-siçan davası: Sürücülərə çətin anlar yaşatdı - VİDEO

İstanbul Kartalda yolun ortasında pişiklə siçan davası sürücülərə çətin anlar yaşadıb.
Avtosfer.az Türkiyə mediasına istinadla bildirir ki, sürücülərin çaşmış gözləri qarşısında baş verən davada rəngli görüntülər yaşanıb. Vətəndaşın mobil telefonunun kamerasına düşən dava sosial şəbəkədə diqqət çəkib.
Çizgi filmlərindəki səhnələri xatırladan olayda ac pişik siçanı görəndən sonra onu qovmağa çalışıb. Siçanın gözlənilməz reaksiyasını görən pişik baş verənlərə təəccüblənib. Sürücülər pişiyi-siçanı əzməmək üçün yolda saxladıqları üçün nəqliyyatın hərəkəti dayanıb. Sürücülər yolda dayanaraq davanı izləməyə başlayıblar. Pişikdən qaçaraq qarşı zolağa keçən siçan son anda yük maşınının altında qalmaqdan çətinliklə yayınıb. Bir vətəndaş yük maşınının altına girən siçanı çıxarmaq üçün çox səy göstərib. Pişik və siçan bir müddət sonra yoxa çıxıb. Digər tərəfdən vətəndaşın mobil telefonunun kamerasına əks olunan dava sosial mediada diqqət çəkib.
Pişik-siçan davası: Sürücülərə çətin anlar yaşatdı
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












