Pişik təyyarənin yerə endirilməsinə səbəb oldu

Sudandan Qətərin paytaxtı Dohaya uçan sərnişin təyyarəsi geri qayıtmaq məcburiyyətində qalıb. Buna səbəb təyyarənin pilot kabinəsində gözlənilmədən pişiyin peyda olması olub.
Bu barədə Sudanın “As-Sudani” qəzeti ekipaj üzvləri arasındakı mənbəyə istinadən yazıb.
Qəzet bildirib ki, Sudanın “Tarco” aviaşirkətinə məxsus təyyarə paytaxt Xartumdan Qətərə uçub və havaya qalxdıqdan yarım saat sonra pilot kabinəsində qəfildən bir pişik ortaya çıxıb.
Məlumata görə, pişik təyyarənin idarə olunmasına müdaxilə edib və hətta kapitana hücum etməyə çalışıb. Buna görə də pilotlar Xartum hava limanına qayıtmaq qərarına gəliblər.
Nəşrin mənbələri ehtimal edirlər ki, pişik təyyarəyə Dohaya uzmazdan əvvəlki gecə anqarda təmizlik və ya texniki baxış işləri aparılan zaman daxil olub. (Apa)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












