"Polat Alemdar" Bakıda taksiyə əyləşdi, sürücü heyrətə gəldi - Aktyor Bakıya niyə gizlin gəlib?

Hər kəsin "Polat Alemdar" kimi tanıdığı Necati Şaşmaz bu yaxınlarda Bakıya gəlib.
Avtosfer.az Titul.az-a istinadən xəbər verir ki, məşhur aktyor hava limanından birbaşa taksi ilə "Sea Breeze"ə gedib.
Məşhuru tanıyan sürücü ona öz ehtiramını bildirib, filmlərini böyük maraqla izlədiyini deyib. Necati azərbaycanlı sürücüyə təşəkkürünü bildirib.
Söhbət əsnasında taksi şoferi Necati Şaşmaza oğlunun da serialda rol aldığın bildirib. Türk aktyor hansı filmdə soruşanda, sürücü Azərbaycanda çəkilən "Kölgə" serialını deyib. Ardınca filmdən fraqment göstərib. Necati fraqmentə baxarkən onun diqqətini serialın baş qəhrəmanlarından biri, ssenaristi Nasir Kərimli çəkib.
Aktyor azərbaycanlı həmkarının obrazının öhdəsindən ustalıqla gəldiyini bildirərək, onunla görüşmək istədiyini dilə gətirib.
Sürücü bu istəyi yerinə yetirmək imkanının olduğunu desə də Necati Şaşmaz indi Bakıda vaxtının çox az olduğunu, təcili Türkiyəyə qayıdacağını bildirib və gələn səfərə bu görüşü təyin etməyini sürücüdən xahiş edib.
Qeyd edək ki, məşhur türk fenomenin Bakıya qaçaqaçla gəlib, birbaşa "Sea Breeze"ə yollanması və dərhal da Türkiyəyə qayıtması dünya məşhurlarınında diqqətini çəkən Emin Ağalarova məxsus bu yeni yaşayış məkanından özünə villa aldığı iddialarını da bir xeyli artırıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












