Xaricdə tanınmışlar qayda pozanda polis onlara necə "hörmət" edir?

Azərbaycanda şou-biznesə gələnlərin ilk işi bahalı maşın əldə etmək olur. Xalqımız da namxuda, hər məşhurun hansı maşın sürdüyünü əzbər bilir. Sarsılmayan “tələb təklifi doğurur” prinsipi ilə müğənnilərimiz də maşınlarını köynək kimi dəyişir və beləcə xalqın gözündə ucalırlar. Təbii ki, sənətləri ilə deyil.
Kiminsə avtomobilində gözüm olmasa da, şou-biznes nümayəndələrimizin bir məşhur şakərini deyim. Cəlb olunduqları özəl kanallarda onlara ünvanlanan suallar arasında bu mütləq olur “yol polisi ilə necə davranırsınız?”
Cavab da şablondur: sağ olsunlar, bizə hörmət edirlər. Bunu səhnəyə yeni ayaq basan 19 yaşlı gənc də deyir, təcrübəli ağsaqqal da. Amma heç biri publikaya pis örnək olduğunun fərqinə varmır.
Bəs görəsən digər ölkələrin məşhurlarının belə imtiyazı varmı?
Başlayaq bizdə də kifayət qədər tanınan Castin Biberdən.
2014-cü ildə Mayamidə polis onu kirayə götürdüyü Ferrarini vəsiqəsiz idarə etdiyi üçün həbs edir. ABŞ həbsxanalarındakı məşhur sarı gödəkçəni geymək ona da nəsib olur. Məhkəmıənin hökmü ilə o, öz hesabına psixoloji adaptasiya kursuna göndərilir və 50 000 dollarlıq xeyriyyə işi görməyə məcbur edilir.
Məşhur Paris Hilton da qayda pozduğu üçün qanunun sərt üzünü görüb. 2006-cı ildə Los-Ancelesdə sərxoş idarəetməyə görə saxlanan Hiltonun sürücülük vəsiqəsi alınır. O, qərara etiraz etmir. Lakin üstündən 1 ay keçməmiş polis onu bu dəfə vəsiqəsiz idarəetməyə görə həbs edərək hakim qarşısına çıxarır. 45 gün azadlıqdan məhrum edilən sənətçi 3 gün sonra həbs ev dustaqlığı ilə əvəz edildikdə ciddi qalmaqal yaranır. 2 gün sonra federal məhkəmə dustaqlıq qərarını ləğv edərək Hiltonu dəmir baramqlıqlar arasına göndərir.
Müğənni Britni Spirs keçirdiyi yol qəzasında başqasının maşınını vurub qaçdığına görə azyaşlı uşaqlarına qəyyumluq ərinə keçdi. Britni hüquqlarını geri qaytarmaq üçün 13 il məhkəmələrə ayaq döydü.
Bir sözlə, ABŞ polisi şou-biznes “hörmət qoymur”. Əslində bizdə də polisin hansısa müğənniyə xüsusi hörmət etdiyini demək doğru olmaz. Sadəcə olaraq, onlara baş qoşmaq istəmirlər.
Vüqar
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO











