Polisin davranışı avtoxuliqanı KÖVRƏLTDİ

Avstraliyada polisin davranışı avtoxuliqanı doğru yola yönəldib.
Avtosfer.az xəbər verir ki, polis nümayişkaranə qayda pozan sürücünü təqiblə saxlayıb. Tabe olmamağa və eyni qayda pozuntusunui dəfələrlə təkrarlamağa görə məhkəmə gənc sürücünü həm cərimə edib, həm də sürücülük vəsiqəsini 3 il müddətinə məhdudlaşdırıb. Lakin iş bununla bitməyib.
Avtoxuliqanı saxlayan polis məhkəmənin ertəsi günü onu bir evə aparıb. Evdə onları əlil arabasında gənc qarşılayıb. Avtoxuliqanla söhbət edən gənc bildirib ki, 25 yaşı var, 3 ildir əlil arabasındadır. Polisin və dost-tanışların məsləhətinə baxmayaraq hər zaman avtomobili riskli idarə edib. Dəfələrlə cərimə və həbs onu “ağıllandırmayıb”. Bir dəfə isə kiçik bir qəzada ciddi zədələnib və hər 2 ayağı amputasiya olunub. İndi başqalarının yardımı ilə hərəkət edir və avtomobilə qarşı ciddi fobiyası (qorxusu) yaranıb.
Təbii ki, söhbət uzun olub və detalları uzun-uzadı yazmağın mənası yoxdur. Ən əsası isə, avtoxuliqanlıq edən şəxs gördüyü hadisədən sonra göz yaşını saxlaya bilməyib. Elə oradaca polis zabitinə intizamlı hərəkət iştirakçısı olmaqla bağlı söz verib.
Azərbaycanda da yol qəzalarında öz təqsirləri ucbatından “əlillik qazananların” sayı yüzlərlədir. Onlar başqalarını yanlış yoldan çəkindirə bilərlər. İpə-sapa yatmayanları polis və kameraların görməməsi mümkündür. Lakin hindistanlıların məşhur “səfehləri yalnız bədbəxt hadisələr ağıllandırır” ifadəsi gec ya da tez gəlib yerini tapır. Lakin, sonrakı peşmanlıq bütün hallarda faydasızdır.
Vüqar
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO










