Polisin sayıqlığı sərxoş sürücünü xilas etdi

Fransanın Bordo şəhərində sərxoş sürücünün “qısa yolla getmək” istəyi faciə ilə bitəcəkdi.
Avtosfer.az-ın xəbərinə görə, 22 yaşlı bordolu dostları ilə yeyib-içdikdən sonra avtomobillə evə qayıtmalı imiş. Bu zaman onun ağlına “daha qısa yolla getmək” gəlir. Həm də bu yolla polisdən yayınmaq mümkün olacaqmış.
Amma iş tərs gətirir. Gəncin avtomobili dəmir yolunda ilişib qalır. Bunu görən polislər özləri həyatlarını riskə ataraq gənci avtomobildən çıxarırlar. Cəmi 30 saniyə sonra gələn qatar maşını 100 metrdən çox sürüyür.
İş bununla bitmir. Ertəsi gün hakim qarşısına çıxarılan sürücüyə başqasının həyatınıə təhlıükədə qoyma maddəsi ilə ittiham irəli sürülür. Lakin vəkilin peşəkarlığı sayəsində bu ittiham götürülür. Vəkil dəmir yolu xəttinə aparan yolların işarələnmədiyini əsas gətirərək müdafiə etdiyi şəxsə kompensasiya tələb edir. Qarşı tərəfin vəkili isə qatarın təmirini sərxoş sürücünün boynuna qoymaq istəyir.
Lakin məhkəmə onu yenə də 1 il sürücülük hüququndan məıhrum edir. Növbəti avtomobilini aldıqda isə yalnız öz hesabına alkotester quraşdırdıqdan sonra idarə edə biləcək.
Qəzada zədələnən qatarı kimin təmir etdirəcəyinə isə məhkəmə gələn həftə qərar verəcək.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












